Modern.az

İsveçdə “Quran”ın yandırılmasına icazə VERİLMƏDİ

İsveçdə “Quran”ın yandırılmasına icazə VERİLMƏDİ

Aktual

8 Fevral 2023, 19:20

İsveçdə müqəddəs "Qurani-Kərim"in yandırılmasına icazə verilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə "SVT Nyheter" nəşri İsveç polisinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, təxribatçı şəxs kitabı fevralın 9-da saat 12-də Türkiyə səfirliyinin önündə yandırmaq istəyib. Polis aksiya üçün müraciət edən şəxsin bundan əvvəl eyni təxribatı edən Rasmus Paludan olmadığını vurğulayıb.

 

Qeyd olunub ki, polis aksiyanın keçiriləcəyi təqdirdə ictimai asayişin və təhlükəsizliyin təmin oluna bilməyəcəyini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu