Modern.az

Dövlət Agentliyi Türkiyəyə 175 min manat ianə etdi

Dövlət Agentliyi Türkiyəyə 175 min manat ianə etdi

10 Fevral 2023, 18:54

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi qardaş Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım edilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşulub. Agentliyin rəhbərliyi başda olmaqla bütün şəxsi heyəti tərəfindən qardaş ölkəyə 175 min manat (103 min ABŞ dollar) məbləğində ianə edilib.

 

Bu barədə Modern.az-a Dövlət Agentliyindən məlumat verilib.

 

Yığılan vəsait Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Ankara şöbəsinin “Ziraat Bank”dakı hesabına köçürülüb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi