Modern.az

Bəxtiyar Dali sarayını satır - 6,5 milyon manata

Bəxtiyar Dali sarayını satır - 6,5 milyon manata

Aktual

13 Fevral 2023, 17:48

Novxanıda 45 sot torpağı əhatə edən bağ evi satılır.  

 

Modern.az xəbər verir ki, 4 mərtəbəli bağ evi 10 otaqdan ibarətdir.

 
Villanın birinci mərtəbəsində idman zalı, qəlyan masası, bar, sauna və sanitar qovşağı yerləşir. İkinci mərtəbədə isə geniş zal, mətbəx, bir yataq otağı var. Dördüncü mərtəbədəki 40 nəfərlik klub xüsusilə fərqlənir.

 

Eyni zamanda villada dünya şöhrətli sənatkarların əsərləri də yer alır. Bundan başqa 50 nəfərlik banket zalı bütün avadanlıqlarla təchiz olunub (çalğı alətləri, barı var).

 

Villanın həyətində 200 min dollar dəyərində şəlalə, 150-dən artıq təbii və dekorativ ağac növləri var.  

 

Sözegedən villaya sahib olmaq istəyənlər 6 milyon 500 min manatından keçməli olacaq. Elanda bildirilib ki, real alıcılara endirim ediləcək.

 
Qeyd edək ki, haqqında bəhs etdiyimiz malikanənin sahibi 63 yaşlı Rusiya vətəndaşı Bəxtiyar adlı şəxsdir. Bir müddət əvvəl mətbuatın gündəminə gələn novxanılı Bəxtiyar Dali iş adamı olduğunu bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir