Modern.az

Dağıntıdan çıxarılan uşağa doğum günü sürprizi - VİDEO

Dağıntıdan çıxarılan uşağa doğum günü sürprizi - VİDEO

Aktual

13 Fevral 2023, 23:33

Türkiyənin zəlzələ bölgələrində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

 

Modern.az xəbər verir ki, bu yaxınlarda Adıyamanda dağıntılar altında qalmış daha bir azyaşlı xilas edilib. 

 

Xilasedicilər ölümdən qurtarılan Batuhana doğum günü sürprizi hazırlayıblar. 4 yaşı tamam olan azyaşlı əsgərlər və xilasedicilərin əhatəsində ad günü üçün hazırlanmış tortu kəsərək sevincli anlar yaşayıb. 

 

Onun sağlıq durumunun normal olduğu bildirilir.

 

Qeyd edək ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələdən 8 gün ötür. İndiyədək 31 mindən çox insan təbii fəlakətin qurbanı olub. Həlak olanlar arasında azyaşlılar da var.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər