Modern.az

Vaksinasiya ilə bağlı SON RƏQƏMLƏR

Vaksinasiya ilə bağlı SON RƏQƏMLƏR

14 Fevral 2023, 16:38

Azərbaycanda son sutkada 287 nəfər peyvənd olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Gün ərzində birinci doza vaksinlərin sayı 95, ikinci doza vaksinlərin sayı 92 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 89-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 11 olub.

 

Azərbaycanda indiyədək vurulan vaksinlərin ümumi sayı 13 945 750 olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?