Modern.az

Qubadlı-Eyvazlı yolunda işlər nə yerdədir?

Qubadlı-Eyvazlı yolunda işlər nə yerdədir?

Aktual

18 Fevral 2023, 12:56

Qubadlı-Eyvazlı avtomobil yolunun torpaqlanma işləri tamamlanmaq üzrədir.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

 

“Artıq yolun torpaq işlərinin 90 faizi görülüb. Bu yol vasitəsilə Gorus-Sisyan yoluna çıxış əldə edilir. Bu da Şərqi Zəngəzura ikinci çıxış olacaq. Yol bu ilin may-iyun aylarında hazır olacaq və istifadəyə veriləcək”, -deyə qurum rəhbəri bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama