Modern.az

FHN xilasediciləri zəlzələ bölgəsində əməliyyatları davam etdirir - VİDEO

FHN xilasediciləri zəlzələ bölgəsində əməliyyatları davam etdirir - VİDEO

19 Fevral 2023, 11:48

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

 

Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 774 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi