Modern.az

Ərdoğan Baxçalı ilə birgə Hataya gedib

Ərdoğan Baxçalı ilə birgə Hataya gedib

Aktual

20 Fevral 2023, 15:28

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da zəlzələnin baş verdiyi Hatay bölgəsinə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Bildirilib ki, prezidentlə birlikdə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da Hatay bölgəsinə gedib.

 

Məlumata görə, Ərdoğan həmçinin Kahramanmaraşa gedərək oradakı vəziyyətlə tanış olacaq.

 

Qeyd edək ki, prezident Ərdoğan ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşdən sonra zəlzələ bölgəsinə yol düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı