Modern.az

“TikTok”da pul qazanmaq üçün yeni proqram

“TikTok”da pul qazanmaq üçün yeni proqram

21 Fevral 2023, 11:45

“TikTok” məzmun istehsalçılarına pul qazanmağa imkan verəcək yeni proqramı təqdim edib.

 

Modern.az-ın məlumatına görə, hazırda müəyyən ölkələrdə sınaqdan keçirilən bu proqramda iştirak edən istifadəçilər adət etdiyimiz qısa videolar əvəzinə bir dəqiqədən uzun videolar paylaşacaqlar.

 

“TikTok”un yaydığı açıqlamada proqramın “Creativity Program”, yəni “Yaradıcılıq Proqramı” adlandırıldığı bildirilib. Hazırda proqram ABŞ, Fransa və Braziliyada sınaqdan keçirilir.

 

Proqramın köməyi ilə məzmun istehsalçıları bir dəqiqədən uzun videolar hazırlamaqla pul qazana biləcəklər. Proqramdan yararlanmaq istəyən məzmun istehsalçılarının normaldan daha uzun videolar paylaşması tələb olunacaq.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir