Azərbaycanda səfərdə olan Britaniyanın Avropa üzrə dövlət naziri Leo Dokert Bakıda Tofiq Bəhramovun heykəlini ziyarət edib.
Modern.az xəbər verir ki, bu barədə Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld özünün "Twitter" hesabında bildirib.
Onun sözlərinə görə, futbol həm Britaniyada, həm də Azərbaycanda çox sevilir.
Səfir xatırladıb ki, İngiltərənin 1966-cı ildə futbol üzrə dünya çempionatını qazanmasında Tofiq Bəhramovun ədalətli qərarının böyük rolu olub.
“Odur ki, nazir Leo Dokerti ilə ilə bura mütləq gəlmək istəyirdik”, - diplomat vurğulayıb.