Modern.az

Azərbaycan Qoşulmama Hərəkatında yaxşı irs qoyub

Azərbaycan Qoşulmama Hərəkatında yaxşı irs qoyub

Aktual

28 Fevral 2023, 19:59

"Azərbaycan Qoşulmama Hərəkatında 4 il ərzində sədr ölkə olaraq yaxşı irs qoyub".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

 

Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi bu il başa çatacaq və Azərbaycan 4 il ərzində sədr ölkə olaraq yaxşı irs qoyub.

 

Dövlətimizin başçısı bu xüsusda təşkilatın təsisatlanması, onun parlament və gənclər şəbəkəsinin yaradılması və digər təşəbbüslərimizi qeyd edib.

Sizə yeni x var
Keçid et
İran Bakını müharibə ilə hədələdi