Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin ölümünün səbəbi məlum olub.
Modern.az xəbər verir ki, din xadiminin ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.
Hələlik rəsmi ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.