Modern.az

Bakının Laçın yolu ilə bağlı maraqlarını anlayırıq - Amerikalı diplomat

Bakının Laçın yolu ilə bağlı maraqlarını anlayırıq - Amerikalı diplomat

Aktual

6 Mart 2023, 14:06

ABŞ Azərbaycanın Laçın yolunda təhlükəsizliklə bağlı maraqlarını anlayır.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bildirib.

 

“Əlbəttə ki, biz Azərbaycanın da təhlükəsizlik maraqlarını anlayırıq. Əslində bütün tərəflərin təhlükəsizlik maraqlarını anlayırıq”, - diplomat vurğulayıb.

 

O, Laçın yolu ətrafındakı vəziyyətlə bağlı ABŞ Dövlət katibi Antoni Blinkenin Münhendə mövqeyini açıqladığı diqqətə çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal