Modern.az

8 Martda hava belə olacaq - PROQNOZ

8 Martda hava belə olacaq - PROQNOZ

7 Mart 2023, 12:40

Azərbaycanda martın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi