Modern.az

Yenə evdən işləyirəm - Elmar Məmmədyarov

Yenə evdən işləyirəm - Elmar Məmmədyarov

Aktual

9 Mart 2023, 17:26

Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov yerli mətbuata müsahibə verib.

 

Modern.az xəbər verir ki, eks-nazir "news24.az" saytına müsahibəsində işdən çıxmasına səbəb olan hadisə, eləcə də Qarabağda baş verən son olaylarla bağlı fikirlərini bölüşüb.

 

O, evdən işləyib-işləməməsi barədə suala cavabında bildirib ki, ofisi yoxdur və evdən işləməyə davam edir.

 

"Onsuz da ofisim yoxdur, evdən işləyirəm... Harada işləməyin fərqi yoxdur, əsas odur hansı nəticə var", - deyə keçmiş nazir bildirib.

 

Qeyd edək ki, 2020-ci ilin iyul ayının 15-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında Xarici İşlər Nazirliyinin fəaliyyətindən narazılığını ifadə edib. Baş nazir Əli Əsədov xarici işlər naziri Elmar Məmmədyarovun evdən işlədiyini bildirib. Ertəsi gün o, vəzifəsindən azad edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var