Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Hikmət Usubov yeni vəzifəyə təyin edilib.
Modern.az xəbər verir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmri ilə Hikmət Usubov tutduğu vəzifədən azad edilərək Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi təyin olunub. Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Əşrəf Allahyarov isə Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi təyin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti təsdiqləyib.
Qeyd edək ki, Hikmət Usubov sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi olan general-polkovnik Ramil Usubovun qardaşı oğludur.