Modern.az

Ermənilər eyni səhvləri təkrarlayır - ŞƏRH

Ermənilər eyni səhvləri təkrarlayır - ŞƏRH

Aktual

14 Mart 2023, 13:04

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 13-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

 

Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.

 

Modern.az-ın xəbərinə görə, mövzunu şərh edən politoloq Elxan Şahinoğlu qeyd edib ki, ermənilər keçmişdə etdikləri səhvi təkrarlayırlar.

 

"Ermənilər eyni səhvi təkrarlamaqda davam edirlər. 2016-cı ilin aprel ayında atəşkəsi pozdular, Azərbaycan ordusu əks-həmlə ilə cavab verdi, 2020-ci ilin iyul ayında Tovuzda mövqelərimizi atəşə tutdular, itki verdik, zərbələr endirdik və bu hadisə böyük müharibəni yaxınlaşdırdı, sentyabr ayında yenə təxribata baş vurdular, İkinci Qarabağ müharibəsi başladı. Martın 13-də Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdəki Qarabağdakı mövqelərimizi, o cümlədən erməni separatçıları Rusiya hərbi kontingentinin yerləşdiyi ərazidən Xocalı rayonu istiqamətindəki mövqelərimizi atəşə tutublar",- deyə o bildirib.

 

E.Şahinoğlu vurğulayıb ki, bu təxribat da Azərbaycan Ordusunun növbəti hədəflərinə çatmasını sürətləndirməlidir: 

 

"Ermənilər bilirlər ki, Azərbaycan Ordusu Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradacaq. Digər tərəfdən erməni icmasının nümayəndələrinə növbəti görüşü Bakıda keçirməyi təklif ediblər. Bu təşəbbüslərimizi mövqelərimizi atəşə tutmaqla əngəlləməyə çalışıblar. İşin içində Rusiya hərbi kontingenti, onların təsiri altında olan erməni separatçıları və Ermənistandakı “Qarabağ klanı” var. Qarşımızda kim olursa-olsun, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasını uzatmaq olmaz".

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular