Modern.az

Bakıda uzunömürlülük üzrə ilk beynəlxalq konqres

Bakıda uzunömürlülük üzrə ilk beynəlxalq konqres

Aktual

16 Mart 2023, 12:36

Bakıda “Viva La Vida” uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərgi keçirilir.

 

Modern.az xəbər verir ki, konqresdə səhiyyə nazirinin müavini İlqar Qasımov və TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov və digər şəxslər iştirak ediblər.

 

Tədbir Azərbaycanın milli musiqisi və rəqsləri ilə başlayıb.

 

İlqar Qasımov qeyd edib ki, müasir tibbin gündəmdə olan ən cəlbedici məsələlərində biri də uzunömürlülükdür.

 

"Belə tədbirin keçirilməsinə və milli səhiyyə sistemimizə göstərdiyiniz inama görə, hər birinizə təşəkkür edirəm. Söyləmək istəyirəm ki, Azərbaycan müasir tibbin avadanlıqlarından istifadə edir və bunun nəticəsidir ki, ölkəmizdə uşaq və qadın ölümləri azalıb. Bununla yanaşı səhiyyə sistemində atılmış uğurlu addımlar nəticəsində ölkə ərazisində uzunömürlülük faizi artıb",- deyə nazir müavini bildirib.

 

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov bildirib ki, Azərbaycan özünün uzunömürlülüləri ilə tanınır. Onun sözlərinə görə, uzunömürlülük yolunda vacib və ilk addım bədənin fiziki ehtiyatlarının dəqiq diaqnozudur:

 

"Ölkəmizdə uzunömürlülülərin çox yaşamasının bir neçə səbəbi var. İlk olaraq onlarda adaptiv-kompensator mexanizmlər güclü olur. Səbəblər arasında irsi, ekoloji faktorlar və yaşam tərzi də var. İrsi və ekoloji faktorlar adətən bir-birini şərtləndirir. Azərbaycanda 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Dünya üzrə bu yaş həddi 100-dür. Statistikaya əsasən, ölkəmizdəki uzunömürlülər daha çox görmə və eşitmə üzvlərinin xəstəliklərindən əziyyət çəkirlər".

 

Tibbi SPA və uzunömürlülük üzrə sağlamlıq mərkəzlərinin inkişafı ilə məşğul olan şirkətin yaradıcısı, zehni sağlamlıq üzrə mütəxəssis İlona Ansone isə qeyd edib ki, tədbirdə uzunömürlülüklə bağlı 10-a yaxın startap iştirak edir.

 

Qeyd edək ki, spikerlər kişi və qadın uzunömürlülüyü, zehni-mənəvi uzunömürlülük və digər profilaktik, fərdiləşmiş təbabət haqqında məlumat və tövsiyələr verəcəklər.

 

Tədbir martın 17-dək davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular