Modern.az

Naftalanda “Heydər Əliyev İli” çərçivəsində konfrans keçirilib

Naftalanda “Heydər Əliyev İli” çərçivəsində konfrans keçirilib

Aktual

16 Mart 2023, 13:40

“2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Naftalan şəhərində ŞİH-nin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.

 

Konfransda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət Vəkili, Qərbi Azərbaycan İcmasının sədr müavini, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, YAP Naftalan şəhər təşkilatının sədri, Şəhər Ağsaqqallar Şurasının sədri, hüquq mühafizə orqanları rəhbərləri, şəhid ailələri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ziyalıları iştirak edib. 

 

Tədbirin əvvəlində konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla yad ediblər.

 

Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçirilib.

 

Konfransda öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən Yeni TV istehsalı olan “Müasir müstəqil Azərbaycan Ulu Öndərin siyasi mirası“ adlı sənədli film nümayiş etdirilib.

 

ŞİH-nin başçısı Vüqar Novruzov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə bu gün toplaşdığımız konfrans Ümummilli Liderin misilsiz xidmətlərini özündə ehtiva edən əvəzsiz fəaliyyətə nəzər salmaq, bir daha yaxından tanış olmaq üçün bizə gözəl şərait yaradır. “Azərbaycançılıq məfkurəsi və dövlətçiliyin qurulmasında Heydər Əliyev fenomeni” mövzusunda çıxış edən natiq qeyd edib ki, Ümummilli liderin bütün uğurların fövqündə duran məslək, milli ideya, milli-mənəvi dəyərlərin qorunması möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

 

Konfransda iştirak edən şəhərimizin dəyərli qonağı Millət Vəkili Hikmət Babaoğlu mövzu ətrafında geniş məzmunda çıxış edərək vurğulayıb ki, heç tərəddüdsüz demək olar ki, bu günün müstəqil və qüdrətli Azərbaycanı böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsəridir. 

 

Tədbirdə digər natiqlər “Heydər Əliyev-Azərbaycanın müstəqillik təməlidir”, “Qalib, vətənpərvər Azərbaycan gəncliyinin təməlində Heydər Əliyev Siayasəti dayanır”, “Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki yeri və rolu”, “Şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısının təməli Ulu Öndər tərəfindən qoyulub” mövzusunda çıxış ediblər.

 

Azərbaycan xalqı hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır.

 

Sonda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə bir qrup fəal şəhər sakinləri Fəxri Fərmanlarla təltif olunublar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır