Modern.az

Neftçalada Novruz bayramı qeyd olunub - FOTOLAR

Neftçalada Novruz bayramı qeyd olunub - FOTOLAR

16 Mart 2023, 19:04

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Biləsuvar Regional Mədəniyyət İdarəsinin dəstəyilə Neftçala rayonunda müsəlman dünyasının hər il böyük sevinc və təntənə ilə qeyd etdiyi qədim tarixi keçmişə malik Novruz bayramı geniş qeyd olunub.


Modern.az xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Rayon ağsaqqalları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.


Neftçala Rayon İcra Hakimiyyətinin başçısı və qonaqlar ilk öncə məktəblilərin Novruz bayramına həsr etdikləri rəsm əsərlərinə və adət- ənənələrimizi özündə əks etdirən sərgiyə baxış keçiriblər.


Bayram tədbirində Odlar Yurdu Azərbaycanımızda bu bayramı böyük coşqu ilə qarşılaması, SSR-i dönəmində bu bayramın qadağan olunması lakin Ulu Öndər Heydər Əliyevin ikinci dəfə yenidən siyasi hakimiyyətə qayıdışıyla Novruz bayramı yenidən qeyd olunmağa başladı. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev çıxışlarında belə söyləyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev hər zaman bu adət-ənənələrin davam etdirilməsinə xüsusi diqqət və qayğı göstərib. Xalqımız Novruzun gəlişinə bir ay qaldıqda bu bayramı çox təntənəli şəkildə qeyd etməsi və bayram adət-ənənələrimiz haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.

 

Bayram tədbiri Biləsuvar Regional Mədəniyyət İdarəsinin hazırladıqları kompozisiyalar və müxxtəlif musiqilərlə davam edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir