Modern.az

Novruz bayramı UNEC-də qeyd olunub - FOTOLAR

Novruz bayramı UNEC-də qeyd olunub - FOTOLAR

Aktual

17 Mart 2023, 13:08

Azərbaycanda Novruz bayramı münasibətilə şənlik keçirilib.

 

Universitetdən Modern.az-a verilən məlumata görə, əsas tədris binasında təşkil olunan şənlikdə prorektor dosent Şaiq Əsgərov çıxış edərək, bolluq, bərəkət və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə universitet rəhbərliyi adından UNEC-in müəllim, tələbə və əməkdaşlarını təbrik edib.

 

Novruz şənliyində qalanan bayram tonqalının ətrafında tələbələr yallı gedərək, milli birlik və həmrəyliyimizi ifadə ediblər. Novruzun əsas personajları olan Kosa və Keçəl bir-birindən maraqlı çıxışları, bayram əhval-ruhiyyəli səhnəcikləri ilə şənliyə xüsusi rəng qatıblar. UNEC-in 24/7 kitabxanasına “papaq atan” Kosa və Keçələ kitablar hədiyyə olunub.

 

Novruz şənliyi baharı, Azərbaycanı tərənnüm edən mahnılarla davam edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi