Modern.az

Misir Baş müftisinin müşaviri İlahiyyat İnstitutunda olub

Misir Baş müftisinin müşaviri İlahiyyat İnstitutunda olub

17 Mart 2023, 13:52

Misir Baş müftisinin Baş müşaviri, Ümumdünya Fətva Evlərinin Baş katibi İbrahim Nəcim Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub. 

 

Aİİ rektoru, dosent Aqil Şirinov qonağı salamlayaraq, onu ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Daha sonra İnstitutun fəaliyyəti, hədəfləri haqqında geniş məlumat verən rektor mövcud ixtisaslar barədə də bəhs edib. Bildirib ki, İnstitut iki istiqamət üzrə mütəxəssislər hazırlayır: məscidlərdə imam və din xadimi kimi fəaliyyət göstərəcək İslam alimləri və ölkənin müvafiq dövlət qurumlarında çalışacaq əməkdaşlar. 

 

Aİİ-nin xarici ölkə universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu qeyd edən A.Şirinov bildirib ki, dünyanın bir çox tanınmış ali təhsil müəssisələri ilə ikitərəfli protokollar, memorandumlar imzalanıb.

 

İnstitut rəhbəri qonağa Azərbaycanda mövcud dövlət-din münasibətləri haqqında məlumat verib. Vurğulayıb ki, ölkəmizdə mövcud olan bütün dinlərin nümayəndələri sülh və mehribanlıq şəraitində birgə yaşayırlar. 

 

Misir Baş müftisinin Baş müşaviri, Ümumdümya Fətva Evlərinin Baş katibi İbrahim Nəcim ali təhsil müəssisəsində olmaqdan məmnunluğunu ifadə edib. Aİİ-nin fəaliyyətinə uğurlar arzulayan qonaq ikitərəfli qardaşlıq əlaqələrinin, həmçinin elm, təhsil və maarifləndirmə sahəsində əməkdaşlığın tərəfdarı olduğunu vurğulayıb. 

 

Görüşdə tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesində əldə olunmuş nailiyyətlərin tətbiqi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparılıb.

 

Sonda qonaq İnstitutun inzibati binası ilə tanış olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi