Modern.az

Parlamentdə qaz limitinin ləğvi təklif olundu

Parlamentdə qaz limitinin ləğvi təklif olundu

17 Mart 2023, 15:08

Milli Məclisdə qaz limitinin ləğv edilməsi təklif olunub.

 

Modern.az xəbər verir ki, bu təkliflə deputat Naqif Həmzəyev Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.

 

“Hələ mart ayı olmasına baxmayaraq, əhalinin çoxu qaz limitini keçib. Ona görə də təklif edirəm ki, növbəti illərdə qaz limiti ləğv edilməli və yeni tarifə keçilməlidir. Baş nazirin burada olmasından istifadə edərək, məsələyə baxılmasına ümid edirəm. Gələcəkdə bu məsələni diqqətdə saxlayaraq vahid tarifə keçilməsi daha yaxşı olardı. Həmçinin bu gün çox sayda sosial evlər tikilir. Lakin həmin binalarda istixanalar yoxdur. Mərkəzləşdirilmiş istixanalar əhalinin kommunal xərclərinin azalmasına səbəb olar və daha təhlükəsiz olduğunu düşünürəm", - deyə deputat vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi