Modern.az

ADU-da Novruz şənliyi keçirilib - FOTOLAR

ADU-da Novruz şənliyi keçirilib - FOTOLAR

17 Mart 2023, 16:28

Martın 17-də Azərbaycan Dillər Universitetində (ADU) Novruz bayramına həsr olunan tədbir keçirilib.

 

Xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi Novruz bayramının tarixi, ənənələri, atributları haqqında məlumat verilib.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla Novruz bayramı münasibətilə universitet kollektivini təbrik edib, onlara can sağlığı və işlərində uğurlar arzu edib:

 

“Əziz müəllimlər, əziz tələbələr, əziz ADU kollektivi! Hər birinizi bu gözəl bayram münasibətilə təbrik edir, sizlərə möhkəm can sağlığı, xoşbəxtlik arzu edirəm. Qoy ocağımız heç zaman sönməsin, elimizdə, obamızda hər zaman toy-bayram olsun. Allah şəhidlərimizə rəhmət eləsin, onların ruhu bu gün şaddır. Biz onların ruhu qarşısında baş əyir, xatirələrini daima əziz tuturuq”.

 

Tədbirdə müxtəlif kafedraların hazırladıqları bayram süfrəsi, həmçinin dövlət atributlarının əks olunduğu stendlər nümayiş olunub.

 

Tədbir konsert proqramı ilə davam edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir