Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib - FOTOLAR

Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib - FOTOLAR

Aktual

17 Mart 2023, 20:39

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Boyat kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib.Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.

 

Modern.az xəbər verir ki, ilk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, qardaş Türkiyə Cümhuriyyətində 6 fevral 2023-cü ildə baş verən zəlzələ qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.

 

Boyat İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Boyat kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

 

Çıxış edənlər “Novruz xalqımızın tarixi qədər qədim və ən əziz el bayramıdır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və xalqımızın Novruz bayramını gözəl bir coşqu ilə bu bayramın bütün qədim adətlərilə qeyd etdiklərini, Sovet dövrü dönəmində müəyyən qadağalara baxmayaraq Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Novruz bayramının keçirilməsi və adət-ənənələrə tam şəkildə əməl olunaraq qeyd olunmağa başladığını görüş iştirakçılarının diqqətinə çatdırıblar.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı milli-mənəvi dəyərlərimizdən olan Novruz bayramının xalqımız üçün adət - ənənələrlə hər zaman geniş qeyd olunduğunu və Ümummilli Lider Heydər Əliyevin yenidən qayıdışından sonra Gənclər meydanına gələrək Novruz bayramını xalqımızla qeyd edib və xalqımızı Novruz bayramı münasibətilə təbrik edərək deyib: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Ulu Öndər siyasi xəttinin davamçısı İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad etdilər. RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.

 

Səyyar qəbulda ilk öncə vətəndaşlar rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, torpaq sənədlərinin hazırlanması, əkin sahəsinə dəyən zərər, elektrik enerjisinin verilməsi, örüş torpaq sahəsinin ayrılması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

 Səyyar vətəndaş qəbulundan sonra Rayon İcra Hakimiyyətinin başçısı Boyat kəndində inşa olunan Şəhidlər Abidə Kompleksinin tikintisi ilə tanış olub.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” //rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Medvedevdən Haaqa məhkəməsinə şok hədə