Modern.az

Əli Əsədov Dağıstan Məclisinin sədri ilə görüşdü

Əli Əsədov Dağıstan Məclisinin sədri ilə görüşdü

17 Mart 2023, 20:47

Martın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovla görüşüb.

 

Modern.az xəbər verir ki, görüş zamanı Zaur Askenderovun səfərinin Azərbaycanla Dağıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, o cümlədən qanunverici orqanların qarşılıqlı fəaliyyətinə töhfə verəcəyinə əminlik ifadə olunub.

 

Tərəflər Azərbaycan və Dağıstan arasında müxtəlif sahələrdə münasibətlərin inkişafını müsbət qiymətləndiriblər.

 

Görüşdə, həmçinin ikitərəfli əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır