Modern.az

Türkiyədə seçki prosesi BAŞLADI

Türkiyədə seçki prosesi BAŞLADI

18 Mart 2023, 10:10

Bu gündən etibarən Türkiyədə mayın 14-də keçiriləcək parlament və prezident seçkiləri ilə bağlı prosesə start verilir. 

 

Modern.az xəbər verir ki, bu gün ölkə xaricindəki seçki məntəqələri müəyyən ediləcək. 

 

Prezidentliyə namizədlik üçün ərizələrin qəbulu martın 19-dan başlayacaq. Partiyalar martın 23-dək prezident postuna namizəd irəli sürə bilərlər. Seçicilər tərəfindən namizəd irəli sürmək üçün 100.000 imza lazımdır. İmzalar martın 22-27-də dairə seçki komissiyalarında toplanacaq.

 

Prezidentliyə namizədlərin yekun siyahısı martın 31-də Rəsmi Qəzetdə dərc olunacaq və bundan sonra təbliğat-təşviqat kampaniyası başlayacaq.

 

Siyasi partiyalar martın 24-dək ittifaq protokollarını təqdim etməlidir. Deputatlığa namizədlərin yekun siyahısı isə aprelin 19-da açıqlanacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!