Modern.az

Sərhəddəki ləngimələrin səbəbi AÇIQLANDI

Sərhəddəki ləngimələrin səbəbi AÇIQLANDI

18 Mart 2023, 11:53

Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

 

"Operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılmış, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib", - açıqlamada bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi