Modern.az

Çavuşoğlu Abdullahianla Azərbaycanı müzakirə etdi

Çavuşoğlu Abdullahianla Azərbaycanı müzakirə etdi

18 Mart 2023, 14:08

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Telefon danışığı zamanı İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasından məmnunluq ifadə edilib.

 

Nazirlər, həmçinin İran və Azərbaycanın qarşılıqlı əlaqələrinin son vəziyyətini müzakirə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir