Modern.az

İndiyədək 178 qazi müalicə üçün Türkiyəyə göndərilib

İndiyədək 178 qazi müalicə üçün Türkiyəyə göndərilib

18 Mart 2023, 16:28

Türkiyədə müalicə alan qazimiz Vahid Taleh oğlu İmanlı Vətənə geri qayıdıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, Vahid İmanlı iki il müddətində Türkiyədə müalicə alıb. Qazinin müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

 

Xatırladaq ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-nın müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir.

 

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: //yashat.gov.az/report/tableau

 

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi