Modern.az

DYP sürücülərə müraciət etdi

DYP sürücülərə müraciət etdi

18 Mart 2023, 18:48

Paytaxtın mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir. Bununla əlaqədar Dövlət Yol Polisi (DYP) sürücülərə müraciət edib.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli Modern.az-a bildirib ki, bu gün axşam saatlarından paytaxtın Azneft dairəsindən Neftçilər prospekti ilə Bülbül küçəsinin kəsişməsinədək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır.

 

“Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik”, - deyə baş inspektoru vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?