Modern.az

Naftalanda şəhid ailələri ziyarət olunub - FOTOLAR

Naftalanda şəhid ailələri ziyarət olunub - FOTOLAR

18 Mart 2023, 18:53

Novruz bayramı ərəfəsində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov Şəhid ailələlərini bayram münasibətilə ziyarət edib.

Bayram münasibətilə öz təbriklərini çatdıran icra başçısı qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir şəhid ailəsinə, qazilərə göstərdiyi diqqət, onların problemlərinə həssaslıqla yanaşmaları bizə bir nümunədir. Həmçinin şəhər rəhbəri bu bayramın müqəddəslik rəmzi olduğunu vurğulayaraq bildirib ki, bu bayram ata-babalarımızın bizə əmanət qoyduğu böyük töhfədir, onu yaşatmaq, qorumaq bizim borcumuzdur.

Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunublar.

Ziyarət zamanı şəhid ailələrinə bayram sovqatları təqdim olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir