Modern.az

Güclü zəlzələ: ölənlərin sayı artdı - YENİLƏNİB

Güclü zəlzələ: ölənlərin sayı artdı - YENİLƏNİB

19 Mart 2023, 15:40

Ekvadorda zəlzələ nəticəsində həlak olanların sayı 14-ə çatıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, xəsarət alan insanların sayının 440-a çatdığı bildirilib.

 

***

 

Ekvadorda zəlzələ nəticəsində həlak olanların sayı 13-ə çatıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7 bina tamamilə dağılıb.

 

Xəsarət alan insanların sayının 126-ya çatdığı bildirilib.

 

6,9 bal gücündə qeydə alınan təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.

 

***

Ekvadorda baş verən 6,7 bal gücündə zəlzələ nəticəsində üç nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə yerli “Semana” qəzeti məlumat yayıb.

 

Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.

 

***

23:10

 

Ekvadorda 6,7 bal gücündə zəlzələ olub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir