Modern.az

Dağlıq ərazilərdə qar yağacaq - Günün havası

Dağlıq ərazilərdə qar yağacaq - Günün havası

Aktual

19 Mart 2023, 08:25

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8°, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarının bəzi yerlərində əsasən gecə və axşam havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı ehtimal edilir.

 

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 12-17° isti olacaq.

 

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir, sulu qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.

 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° gündüz 5-10° isti olacağı bildirilir.

 

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarının bəzi yerlərində gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10°, gündüz 14-19° isti olacağı ehtimal edilir.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı ehtimalı var.

 

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 16-21° isti olacağı gözlənilir.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10°, gündüz 13-18° isti, dağlarda gecə 5-7°, gündüz 8-10° isti olacağı proqnozlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı