Modern.az

Deputatlarımız Qazaxıstandakı seçkiləri müşahidə edir - FOTOLAR

Deputatlarımız Qazaxıstandakı seçkiləri müşahidə edir - FOTOLAR

19 Mart 2023, 12:07

Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçirilir. Səhər saat 7-dən etibarən seçki məntəqələri açılıb. Seçkiləri 41 ölkədən və 12 beynəlxalq təşkilatdan 793 beynəlxalq müşahidəçi izləyir.

 

Modern.az xəbər verir ki, beynəlxalq müşahidəçilər arasında Milli Məclisin üzvləri Hikmət Məmmədov, Cavanşir Feyziyev, Rüfət Quliyev və İqbal Məmmədov da yer alır. Millət vəkilləri Cavanşir Feyziyev və Hikmət Məmmədov TÜRKPA, Rüfət Quliyev və İqbal Məmmədov isə MDB PA çərçivəsində beynəlxalq müşahidə missiyasının üzvləridir.

 

Millət vəkillərimiz səhər saat 7-dən etibarən seçki məntəqələrinin açılışı və sesvermə proseslərini izləyirlər.  Deputatlar seçki məntəqələrinin sədrləri, yerli müşahidəçilər, KİV nümayəndələri və eləcə də bəzi namizədlərlə görüşüb və müşahidə missiyasını maraqlandıran suallarla onlara müraciət ediblər. Müşahidə missiyasına hələlik seçki prosesinin pozulması və ya hər hansı qayda pozuntuları ilə bağlı heç bir məlumat daxil olmayıb.  Səsvermə axşam saat 8-də başa çatacaq və səslərin hesablanmasına başlanılacaq. Missiya üzvləri səslərin sayılması proseslərini də müşahidə edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?