Modern.az

Müxalifətçilik hər şeyi qara görmək deyil - Deputat

Müxalifətçilik hər şeyi qara görmək deyil - Deputat

Aktual

19 Mart 2023, 15:14

Dünən "Clubhouse" sosial platformasında xaricdə yaşayan jurnalistlərlə ölkə gündəmi ətrafında müzakirə apardıq. Müzakirə zamanı səsləndirilən fikirlərin bir hissəsi sonradan "Time TV" səhifəsində paylaşıldı. 


Görüşdə Azərbaycanda siyasi partiyalar və ictimai təçkilatların fəliyyəti ilə bağlı da bir sıra suallar oldu. Fikirlərimdə Prezident Administasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasının əhəmiyyətindən və bu şöbənin siyasi partiyaların əvvəlki dövrlərdə üzləşdiyi problemlərin həlli istiqamətində müəyyən addımlar atmasından, bir sıra partiyaların qeydiyyata alınmasından və bu gün əlaqələrin konstruktiv əməkdaşlıq əsasında qurulmasından bəhs etdim. 


Sonradan həmin fikirlərin fərqli formada verildiyini gördüm və bu barədə "Time TV" səhifəsinə öz narazılığımı bildirdim. Belə razılaşdıq ki, həmin fikrə yenidən baxılacaq və düzəliş ediləcək. 


Bu gün sosial şəbəkələrə baxarkən əvvəlki dövrdə iqtidarın siyasətinin fəal tərəfdarlarından və təbliğatçılarından biri olan, parlament seçkilərində uduzduğunu görüb siyasi mövqeyini və əqidəsini dəyişən Gültəkin Hacıbəylinin “şanlı” statusu ilə rastlaşdım. Status və orada işlənən ifadələr onu yazan şəxsin hansı səviyyənin sahibi olduğunu açıq göstərir. 


Statusda şəxsimlə və Prezident Administarasiyasının müvafiq şöbəsinin rəhbəri Ədalət Vəliyevlə bağlı bir sıra iddiaların səsləndirildiyini gördüm. Özü də ironik formada. Guya şöbə siyasi partiya rəhbərlərinin övladlarının iş və digər problemlərini həll etməklə məşğuldur.   


Əvvəllər ifadə etdiyim fikrimi bir daha buradan qeyd edirəm: bu bir reallıqdır ki, Prezident Administasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldıqdan sonra şöbə siyasi partiyalarla münasibətlərin konstruktiv qurulması istiqamətində bir çox mühüm işlər görüb. Siyasi partiyaları narahat edən məsələlərlə bağlı davamlı görüşlər keçirilib. Bu görüşlərə bütün siyasi partiyalar dəvət olunub. Şöbənin fəaliyyətinin hansı formada qurulduğunu siyasi partiyalardan da öyrənmək mümkündür. 


Gültəkin Hacıbəyliyə gəldikdə isə tövsiyə edirəm, keçdiyi yola yenidən nəzər salsın. Əgər o, hakimiyyətin siyasətindən narazı idisə, parlamentdə olanda bu fikirləri niyə səslndirmirdi? Nə baş verdi ki, Gültəkin Hacıbəyli birdən-birə iqtidarın ən fəal tənqidçilərindən birinə çevrildi?

Onu da Gültəkin Hacıbəyliyə xatırladım ki, müxalifətçilik hər şeyi qara görmək deyil. İnsanlar kimin hansı əqidənin sahibi olduğunu gözəl bilirlər.

 

Ceyhun Məmmədov,

Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir