Modern.az

İstanbulda yaşayan soydaşlarımızın Novruz bayramı - FOTOLAR

İstanbulda yaşayan soydaşlarımızın Novruz bayramı - FOTOLAR

22 Mart 2023, 00:35

Türkiyənin İstanbul şəhərində İnsan Haqları Təhsil Mədəniyyət və Həmrəylik Dərnəyi ilə Xarıbülbül Azərbaycan Vizyon Teatrı Dərnəyi birlikdə Novruz bayramı ilə bağlı tədbir keçirib.

 

Modern.az xəbər verir ki, İnsan Haqları Dərnəyində keçrilən Novruz şənliyində hər iki dərnəyin rəhbərləri çıxış edib.

 

İnsan Haqları Təhsil Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Məhsəti Şərif və Xarı Bülbül Azərbaycan Vizyon Teatr Dərnəyinin rəhbəri Kəmalə Kamal tedbirə gələn qonaqlara iki dərnəyin həmrəylik nümayiş etdirdiyini və bundan sonra diaspor fəaliyyətində əl-ələ verib çalışacaqlarını bildiriblər.

 

Məhsəti Şərif baharın həm Türkiyə, həm də Azərbaycana düşərli olmasını diləyib: "Novruz, bahar günəşi bütün ağrı-acımızı alıb götürsün. Hər iki vətənimiz günəş kimi parlasın".

 

Kəmalə Kəmal isə Novruzun atributları ilə bağlı məlumat verib, türklərin ortaq bayramı olan Novruzun önəmindən danışıb. Tədbirdə ictimai xadimləri, Dərnəklər Fedarasiyasının sədr müavini Pərviz Məmmədzadə, İstanbul Səhiyə İdarəsi müdir müavini Mahmut Akman iştirak edib.

 

Tatrın aktyorları səhnəciklərlə çıxış edib. Novruzun atributları gələn qonaqlara tanıtdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi