Modern.az

İranda ağır qəza: Ölənlər və xeyli sayda yaralı var

İranda ağır qəza: Ölənlər və xeyli sayda yaralı var

Aktual

22 Mart 2023, 10:57

İranın Cənubi Xorasan əyalətində ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bircənd-Sarbiş yolunun 25-ci kilometrliyində qeydə alınıb.

 

İlkin məlumata görə, avtobusun aşması nəticəsində azı 5 nəfər həlak olub, 44 nəfər yaralanıb. Hadisə zamanı yaralanan 41 nəfər xəstəxanaya çatdırılıb, 3 nəfərə yerində tibbi yardım göstərilib.

 

Qəzanın səbəbi hələlik açıqlanmayıb, faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır