Modern.az

Ruslar Ukraynaya zərbələr endirdi - 14 nəfər öldü 

Ruslar Ukraynaya zərbələr endirdi - 14 nəfər öldü 

22 Mart 2023, 14:25

Rusiya ordusu son sutka ərzində Ukraynanın 11 bölgəsini atəşə tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Media Mərkəzi məlumat yayıb.

 

Ruslar Ukrayna ərazisinə minaatan, tank, artilleriya, “Qrad” və “Smerç”, “S-300” hava hücumundan müdafiə sistemi ilə zərbələr endirib. Hücumda raket sistemləri və İran pilotsuz uçuş aparatlarından da istifadə edilib.

 

Ümumilikdə 121 yaşayış məntəqəsi atəşə tutulub, 42 infrastruktur obyektinə ziyan dəyib.

 

İlkin məlumatlara görə, zərbələr nəticəsində 14 nəfər ölüb, 24 nəfər yaralanıb.

 

Rusiyanın Ukraynanı növbəti dəfə raket atəşinə tutması nəticəsində Kiyev vilayətində 4 nəfər ölüb. Vilayətin Milli Polis İdarəsinin rəisi Andrey Nebitovun sözlərinə görə, atılan raketlərdən biri beşmərtəbəli yataqxana binasına düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?