Arazdəyən istiqamətində atışma olub? - RƏSMİ MƏLUMAT

Arazdəyən istiqamətində atışma olub? - RƏSMİ MƏLUMAT

22 Mart 2023, 20:12

Martın 22-si saat 16:20 radələrində guya Azərbaycan tərəfindən açılan atəş nəticəsində Arazdəyən istiqamətindəki döyüş mövqeyində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun ölümcül yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.

 

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

 

"Ermənistan müdafiə nazirliyi bu kimi dezinformasiyaları yaymaqla son dövrlərdə ordusunda artan intizamsızlıq nəticəsində baş verən özünəqəsd və digər neqativ halları ört-basdır etmək məqsədini güdür", - nazirlikdən bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İran daxildən çat verir - Siyasi gərginlik pik həddə