Modern.az

Dilarə Əliyeva şok vəziyyətindədir

Dilarə Əliyeva şok vəziyyətindədir

23 Mart 2023, 00:41

“Dilarə Əliyeva hazırda şok vəziyyətindədir”.

 

Modern.az "Report"a istindən xəbər verir ki, bunu Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev deyib.

 

“Gəlmək istədi, həkimlər icazə vermədi. Ağlayır, Oqtayı soruşur. Sabaha kimi səhhəti yaxşılaşarsa, dəfndə iştirak edəcək”, - deyə o bildirib.

 

Qeyd edək ki, ötən gün axşam saatlarında Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Bu xəbər ilə bağlı
Dəhşətli yol qəzası - Oqtay Əliyev dünyasını dəyişdi (VİDEO)
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir