Modern.az

Dilarə Əliyeva xəstəxanadan evə buraxıldı

Dilarə Əliyeva xəstəxanadan evə buraxıldı

Aktual

23 Mart 2023, 09:30

Martın 22-də Abşeron rayonu ərazisində qəza nəticəsində həyat yoldaşını itirən, özü isə yüngül xəsarət alan Əməkdar artist Dilarə Əliyeva müalicə aldığı xəstəxanadan evə buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Report”a D.Əliyevanın qardaşı Vüsal Murtuzəliyev məlumat verib.

 

O bildirib ki, D.Əliyeva həyat yoldaşı Oqtay Əliyevin vida və dəfn mərasimində iştirak edə biləcək.

 

Xatırladaq ki, mərhum bu gün torpağa tapşırılacaq.

 

Qeyd edək ki, martın 22-də Abşeron rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev vəfat edib. Qəza nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ