Modern.az

\"Avroviziya\"da təmsilçimiz 12-ci nömrə altında çıxış edəcək

\

23 Mart 2023, 09:41

"Avroviziya 2023"də Azərbaycan təmsilçiləri 12-ci nömrə altında çıxış edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İctimai Televiziyadan məlumat verilib.

 

Qeyd olunub ki, yarımfinal mərhələsi iki hissədən ibarət olacaq. Azərbaycan birinci hissədə 12 nömrə altında səhnəyə çıxacaq.

 

Azərbaycanla yanaşı birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə də çıxış edəcək.

 

Xatırladaq ki, ölkəmizi bu il müsabiqədə TuralTuranX dueti "Tell me more" mahnısı ilə təmsil edəcək.

 

Müsabiqə 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

 

1227836

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi