Modern.az

ÜST-dən vəba ilə bağlı həyəcan təbili

ÜST-dən vəba ilə bağlı həyəcan təbili

23 Mart 2023, 15:00

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəba xəstəliyinin dünyada yayılma riskini çox yüksək qiymətləndirir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün epidemioloji bülletenində deyilir.

 

Bildirilib ki, martın 20-nə olan məlumata görə, 24 ölkədə vəba xəstəliyinə yoluxma ilə bağlı yeni hallar qeydə alınıb.

 

"Əvvəlki bülletenin dərc edildiyi 2023-cü il fevralın 11-dən bəri dünyada vəba xəstəliyinin yayılması ilə bağlı qlobal vəziyyət pisləşib. Dörd yeni ölkədə bu xəstəliyin yayılması barədə məlumat verilib".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü