Modern.az

İranda zəlzələ baş verdi - Naxçıvanda da hiss edildi 

İranda zəlzələ baş verdi - Naxçıvanda da hiss edildi 

24 Mart 2023, 08:07

İranın Xoy şəhərindən 35 km cənubda zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

5.3 bal gücündə olan zəlzələnin ocağı 30 km dərinlikdə yerləşir. Dağıntıların olub-olmaması barədə hələlik məlumat verilməyib.

 

Məlumata görə, yeraltı təkanlar Naxçıvan Muxtar Respublikası və Türkiyənin İranla sərhəd vilayətlərində də hiss edilib.

 

Naxçıvan MR FHN-in mətbuat xidmətindən bildirilib ki, zəlzələ nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı