Modern.az

Şavkat Mirziyoyev Azərbaycana GƏLƏCƏK

Şavkat Mirziyoyev Azərbaycana GƏLƏCƏK

24 Mart 2023, 09:34

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrda Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.

 

Şavkat Mirziyoyev diaspor üzvlərimizlə görüşdə bildirib ki, sentyabrda Azərbaycana səfər edəcək və
səfər çərçivəsində Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən inşa edilən məktəbin açılış mərasiminə qatılacaq.

 

Qeyd edək ki, işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik məktəb binası inşa edilir.

 

Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək.

 

İşlər yüksək keyfiyyətlə, tikinti normalarına uyğun şəkildə aparılır. Binanın tikintisinin 2023-cü ilin avqust ayında yekunlaşdırılması nəzərdə tutulur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir