Bakıda 15 yaşlı qız itkin düşüb

Bakıda 15 yaşlı qız itkin düşüb

24 Mart 2023, 11:18

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yaşayış massivi, nömrəsiz evdə yaşayan 15 yaşlı qız itkin düşüb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə onun anası Nailə Hüsyenova Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə məlumat verib.

 

O bildirib ki, 2008-ci il təvəllüdlü övladı Hüseynova Gülnarə Mirəli qızı martın 22-də xəbərsiz itkin düşüb.

 

Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PB-də araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hücüm: Rusiyanın bu şəhərləri vurulur