Makron 80 min avroluq saatını gizlətdi - VİDEO

Makron 80 min avroluq saatını gizlətdi - VİDEO

24 Mart 2023, 15:27

Fransa prezidenti Emmanuel Makron “France 2” və “TF1” telekanallarına müsahibə verən zaman qoluna taxdığı bahalı saatı gizlətməyə çalışıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Liberation" nəşri yazıb.

 

Bildirilir ki, o, milyonlarla insanın etirazına səbəb olan pensiya islahatı barədə danışarkən masanın altında qolundakı saatı çıxarıb. Makronun 80.000 avro dəyərində "FP Journe" model saatı niyə çıxardığı məlum deyil. Onun bu hərəkəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

 

Xatırladaq ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanuna qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilir. Aksiyalarda milyonlarla insan iştirak edir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hücüm: Rusiyanın bu şəhərləri vurulur