Modern.az

Yoluxma və vaksin statistikası AÇIQLANDI

Yoluxma və vaksin statistikası AÇIQLANDI

24 Mart 2023, 23:01

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxanlar arasında ölən yoxdur.

 

İndiyədək ümumilikdə 829 328 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 328 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, aktiv xəstə sayı 160 nəfərdir.

 

Son sutka ərzində 353, hazırkı dövrədək isə 7 551 588 test aparılıb.

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 952 882, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 613, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 733, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 665, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 871 nəfər təşkil edir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir