Modern.az

Sankt-Peterburqda “Çinar” ansamblının yubileyi keçirildi - FOTOLAR

Sankt-Peterburqda “Çinar” ansamblının yubileyi keçirildi - FOTOLAR

26 Mart 2023, 00:30

Rusiyanın Sankt-Peterburq şəhərində burada fəaliyyət göstərən “Çinar” vokal-xoreoqrafik rəqs ansamblının 25 illik yubiley-konserti keçirilib. 

 

Modern.az xəbər verir ki, eyniadlı mədəniyyət mərkəzinin nəzdində yerləşən “Çinar” rəqs ansamblı 1998-ci ildən fəaliyyət göstərir.

 

Sankt-Peterburq Dövlət Universitetinin baş muəllimi Xeyransa Mirzoyevanın təşəbbüsü və rəhbərliyi ilə yaradılan, fəaliyyət göstərən ansambl bu illər ərzində təkcə Sankt-Peterbuqda deyil, Rusiyanin müxtəlif şəhərlərində, hətta Rusiya hüdudlarından kənarda da Azərbaycan musiqisinin, incəsənətinin ən fəal təbliğatçısı, yüzlərlə mükafatların sahibi, yarışmaların qalibi olub. 

 

Sankt-Peterburqun boyük konsert zallarından birində kecirilən yubiley - konsertdən öncə tamaşaçilar Azərbaycan milli mədəniyyətini, adət-ənələrini əks etdirən sərgi ilə tanış olublar. Qonaqlara xalçatoxuma dəzgahında ilmələrin atılması, novruz atributlarından olan milli şirniyyatların bəzədilməsi nümayiş olunub.

 

Tədbirdə Sankt-Peterburqda millətlərarası münasibət və miqrasiya siyasəti üzrə komitənin nümayəndəsi Frolov Andrey Sergeyeviç, müxtəlif xalqların mədəniyyət qurumlarının rəhbərləri, yerli hakimiyyət orqanlarının üzvləri, Azərbaycanın Sankt-Peterburqdakı konsulluğunun humanitar işlər üzrə konsulu Rəhim Rəhimzadə iştirak edib. Qonaqlar çıxışlarında ansamblın Sankt-Peterburqun mədəni həyatında xüsusi yeri olduğunu vurğulayıb, “Çinar” ailəsinə uğurlar arzulayiblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır